Azər Quliyev

Azər Quliyev 2001 – 2005 ci ildə Sumqayıt Dövlət Universitetinin “Fizika və Elektroenergetika” fakultəsinin Enerji maşınqayırması ixtisasını fəriqlənmə ilə bitirib. 2006 - cı ildə Müəllimlər İnistitunun Gəncə filalında “Riyaziyyat və Fizika müəllimliyi” ixtisas artırmasını oxumuşdur. 2011- 2013 cü illərdə isə Sumqayıt Dövlət Universitetinin “Fizika və Elektroenergetika” fakultəsinin Enerji maşınqayırması ixtisası üzrə magistr təhsilini bitirib.
O, öz karyerasında fəaliyyətə 2006 - cı ildə qabaqcıl tədris mərkəzlərinin birində “Fizika müəllimi” kimi başlayıb. Çalışdığı müddətdə imtahanların hazırlanmasında, kitab və test bankının hazırlanmasında yaxından iştirak edib. 2014 – cü ildən isə hazırlıq mərkəzində metodbirləşmə rəhbəri və hal - hazırda Fizika materialların hazırlanması üzrə işləyir.