Bəhruz Cavadov

Bəhruz Cavadov 2003-2007 ci illərdə Gəncə Dövlət Universitetinin “Tarix fakultəsi” üzrə bakalavr pilləsində, 2007-2009-cu illərdə həmin universitetin “Türk xalqlarının tarixi” üzrə magistr pilləsində təhsil almışdır. O, 2006-2014-cü illərdə ÇAĞ öyrətim Araz kurslarında tarix müəllimi və ictimai əlaqələr sahəsində işləmişdir.Həmin illərdə Türkiyədə “kurs sisteminin təkmilləşdirilməsi” barədə təlimlərdə iştirak etmişdir.Həmçinin Araz kurslarının tarix fənninə aid materialların hazırlanmasında yaxından iştirak etmişdir. 2014-2015-ci illərdə tədris mərkəzlərinin birində şöbə müdri və tarix fənni üzrə metodist işləmişdir.