Elbina Rizakhanova

Tələbələrinə diqqətli və həyatları boyunca aktiv öyrənci olmalarına sövq etmək üçün unikal təcrübə və biliyə, həmçinin ən yaxşı tədris materiallarının seçilməsi və sinifə uyğunlaşdırılması bacarığına malik olan Elbina Rizaxanova Bakı Slavyan Universitetində pedaqogika sahəsi üzrə bakalavr və magistratura təhsilini tamamlamışdır.
Elbina xanım həmçinin 9 ildən çox pedaqoji təcrübəyə malikdir. Elbina xanım Microsoft Office 2013 (MS Excel Expert, MS Word Expert, MS PowerPoint, MS Outlook) üzrə “Master Specialist” və “Microsoft” şirkəti tərəfindən sertifikatlaşdırılmış təlimçi statusuna yiyələnmişdir. Onun ixtisas sahəsi Microsoft Office proqramları əsasında ofis məhsuldarlığının artmasına yönəlmişdir. Elbina həmçinin öyrəncilərin ev və ya işdə əmək məhsuldarlığını tez və asanlıqla artırmaq bacarıqlarının güclənməsinə diqqət ayırır.
Elbina Rizaxanova tərəfindən keçirilən təlimlər öyrəncilərin ehtiyac və hədəflərinə tam şəkildə çatmalarına uyğunlaşdırılır.