Namiq Əmirov

Namiq Əmirov Ələmdar oğlu 1975-ci il aprel ayının 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-1993-cü il tarixləri aralığında Ankara Univerisitetində türk dili kursunu oxumuş və 1993 cü ildə Qara DənizTexniki Universitetinin Biologiya müəllimliyi fakultəsinə daxil olmuşdur. 1998-ci ildə Universiteti bitirmiş və sonra həmin il Turqut Özal adına Sumqayıt Özəl Türk Liseyidə Biologiya müəllimi kimi çalışmışdır. 08.09.2001-01.10.2003 tarixləri müddətində Sumqayıt şəhər 7 saylı orta məktəbdə Biologiya müəllimi olaraq fəaliyyət göstərib.Daha sonra uzun müddət ərzində aparıcı tədris ocaqlarında “Biologiya müəllimi”, biologiya fənindən metodist, Tədris işləri üzrə Müdir Müavini vəzifələrini icra etmişdir.