Rəşad Nəsibov

Rəşad Nəsibov 8 ildən artiqdır ki, ingilis dili üzrə abituriyent hazırlığı ilə məşğuldur. O, bakalavr təsilini Qafqaz universiteti “İngilis dili və ədəbiyyatı” ixtisası üzrə bitirmiş, daha sonra Bakı Dövlət Universitetinin “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisası üzrə magistr təhsilini davam etdirmişdir. Abituriyent hazırlığı sahəsində 6 il tanınmış kurslarda ingilis dili müəllimi olaraq çalışmış, daha sonra digər tanınmış mərkəzlərdən birində metodist olaraq işləmişdir. Bununla yanaşı, o ingilis dili üzrə tədris materiallarının, metodik vəsaitlərin və sınaqların hazırlaması sahəsində çalışmışdır.