Sabit Rahimov

Sabit Rəhimov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir və həmin universitetin "Xüsusi istedadlar qrupu"nun məzunudur. Təhsilini bitirdikdən sonra peşəkar iş fəaliyyətini Unibank kommersiya bankında başlamış və 4 il müddətində korporativ kreditləşmə, iri layihələrin maliyyələşdirilməsi, sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi sahələrində çalışaraq qısa müddətdə menecer vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra bir sıra kommersiya banklarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. 2011-ci ildə "Azərbaycan Beynəlxalq Bankı"nda Risklərin idarə edilməsi departamentində şöbə müdiri vəzifəsi ilə işə başlamış və hazırda həmin Bankda çalışır. 

Peşəkar karyerası dövründə müxtəlif Avropa ölkələrində risklərin idarə edilməsi, ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə çoxsaylı seminarların, treninqlərin iştirakçısı olmuşdur. 

Risklərin idarə edilməsi ilə bağlı nüfuzlu FRM sertifikat imtahanının hər iki mərhələsini ilk cəhddən keçmişdir və Azərbaycanda FRM adını almış üçüncü şəxs olmuşdur. Eyni zamanda, "Qlobal Risk Peşəkarları Assossasiyası"nın (GARP) üzvüdür.