Barattsonda 07.01.17 tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə birgə sertifikasiya imtahanı keçirilmişdir

Barattson tərəfindən azərbaycan və rus dillərində maliyyə uçotuna dair təlim kursu keçmiş tələbələr üçün 07.01.17 tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə birgə sertifikasiya imtahanı keçirilmişdir. Dünya miqyasında tanınan ACCA kvalifikasiyasının Azərbaycanda ən çox yayılmış F3 (Mühasibat Uçotu) fənninin məhz azərbaycan və rus dillərində təqdim edilərək yerli mütəxəssislərin bu sahədə bilik səviyyəsini təsdiqləyən imtahandır və Milli Sertifikat adı ilə tanınmışdır. 

Sertifikasiya imtahanlarında uğur qazanmış tələbələrə təqdim olunan Milli Sertifikatların orijinallığı AR Auditorlar Palatasının sədri cənab Vahid Novruzov və Barattson rəhbəri cənab Elşən Rəhimovun şəxsi imzaları, hər iki təşkilatın loqosu və xüsusi qeydiyyat nömrəsi ilə təsdiqlənmişdir. Məlumat üçün bildiririk ki, Barattson və AR Auditorlar Palatası arasında 23 oktyabr 2015-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən Barattson School of Business & Finance tərəfindən azərbaycan və rus dillərində tədris edilən Maliyyə Uçotu, İdarəetmə Uçotu, Vergi Uçotu, Audit, habelə Beynəlxalq Maliyyə Hesabatı Standartları kurslarında təhsil alan şəxslər üçün keçirilən sertifikasiya imtahanları məhz Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvü olan Azərbaycan Respublikasının Auditorlar Palatası ilə birgə təşkil edilir və imtahanlarda uğur qazanan namizədlər Azərbaycan Respublikası Auditorlar Palatası adından Beynəlxalq Sertifikat və Diplomlarla təltif olunurlar.