CFA Level l hazırlıq kursu təlimçilərimizi təqdim etməkdən qürur duyuruq.

Şəhla Hüseynova iqtisadi təhlil, aktivlərin və risklərin idarə olunması sahəsində 4 ildən artıq peşəkar təcrübəyə malikdir.

O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat və Audit ixtisası üzrə Bakalavr, 2010-2012-ci illərdə Qafqaz Universitetində Maliyyə ixtisası üzrə MBA (Master of Business Administration) dərəcəsi qazanmışdır.

Şəhla xanım karyerasına 2007-ci ildə "Dəmirbank" ASC-də Operator kimi başlamışdır.

2015-2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunda Mütəxəssis və Baş mütəxəssis vəzifələrində işləmişdir.

Hazırda ARDNF (Azərbaycan Respublikası Dövlət Neft Fondu) Risk Analitiki vəzifəsində çalışır.

O, portfelin performansının ölçülməsi, maliyyə risklərinin qiymətləndirilməsi və idarə edilməsi, ssenarilərin və stres testlərinin aparılması, SWIFT operatoru, korporativ fəaliyyət tədbirlərinin monitorinqi sahələrində geniş təcrübəyə malikdir.

Şəhla Hüseynova CFA Level I, II, III imtahanını müvəffəqiyyətlə keçmişdir.

 Ətraflı məlumat üçün bizimlə əlaqə saxlamağınız kifayətdir.

Bizimlə əlaqə:
Ünvan: C. Cabbarlı k. 44, Caspian Plaza 3, 7-ci mərtəbə.
+994125054496
+994555024495