IELTS imtahanı ilə yeniliklərə və qlobal imkanlara qapı aç!

IELTS (International English Language Testing System-Beynəlxalq İngilis Dili İmtahanı Sistemi) ünsiyyət dili ingilis dili olan ölkələrdə təhsil almaq və çalışmaq istəyən namizədlərin dil bacarıqlarını ölçən imtahandır. IELTS-in iki versiyası var: IELTS Academic və IELTS General Training. Akademik versiya ingilis dilli ölkələrdə təhsil almaq istəyən şəxslər  üçün nəzərdə tutulub. General Training yəni, ümumi hazırlıq versiyası isə ingilis dilli ölkələrdə işləmək, təlim proqramı keçmək, orta məktəblərdə təhsil almaq və ya bu ölkələrə miqrasiya etmək istəyən şəxslər üçün nəzərdə tutulub.Bütün namizədlər eyni dinləmə və danışıq testindən keçir, lakin, oxuma və yazı testləri fərqli olur. IELTS dörd hissədən ibarətdir: dinləmə (30 dəqiqə), oxuma (60 dəqiqə), yazı (60 dəqiqə), danışıq (10-15 dəqiqə). Ümumi imtahan vaxtı isə 2 saat 45 dəqiqədir. IELTS sertifikatı dünyanın 150-dən çox ölkəsində universitet, özəl şirkət və hökumət orqanları daxil olmaqla, 10  mindən çox təşkilat tərəfindən tanınır. Barattson IDP IELTS Australia tərəfindən lisenziyalaşdırılmış Test mərkəzidir və Rəsmi IELTS imtahanlarını keçirmək hüququna malikdir. Barattson-da IELTS Listening imtahanında rahatlığınız üçün Konsis şirkəti tərəfindən yüksək keyfiyyətli qulaqlıqlardan istifadə olunur.IELTS Listening, Reading və Writing bölməsində test nəticələriniz birbaşa IDP IELTS mütəxəssisləri tərəfindən yoxlanılır.Speaking bölməsi üzrə imtahanı IDP tərəfindən IELTS standartları üzrə xüsusi sertifikatlaşdırılmış peşəkar mütəxəssislər (Examiner) keçirir.