Sizi “Nailiyyətimiz kurikulumdan keçir” mövzusunda ödənişsiz seminara dəvət edirik!

Müəllimlərin işə qəbulu imtahanına hazırlaşan tələbələr və müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına hazırlaşan müəllimlərin nəzərinə!

Sizi “Nailiyyətimiz kurikulumdan keçir” mövzusunda ödənişsiz seminara dəvət edirik!

Seminarın məqsədi:
Müstəqil Azərbaycan Respublikasının təhsil sahəsində həyata keçirdiyi yeniliklər, qəbul olunan təhsil qanunu və qərarları, eyni zamanda təhsil islahatı, kurikulum proqramının hazırlanması, tətbiqi və onun tərkib hissələri (məzmun, strategiya və qiymətləndirmə), standart anlayışı və standartdan təlim nəticələrinin çıxarılması, ənənəvi və müasir təlimin fərqli xüsusiyyətləri, təhsil taksanomiyaları və onların mərhələlərə görə qruplaşdırılması, şagirdlərin kompetensiyalı inkişafının yolları, fəal təlim və onun metodları, nümunəvi dərsin (fəal dərsin mərhələləri) hazırlanması qaydası və gözlənilən nəticələrin uyğunluğu, müəllimlərin işə qəbulu və müəllimlərin qiymətləndirilməsi imtahanında düşən kurikulum suallarının müzakirəsi haqqında ətraflı və konkret məlumatlar veriləcək.

Seminarın tərkibi :

1. Məzmun standartı nədir və təlim nəticəsini necə müəyyən etməli?
2. Taksanomiyalar (idraki, ünsiyyət, psixomotor)
3. İnteraktiv təlim və onun üstünlükləri
4. Müasir dərsin hazırlanması və video nümayişi
5. MİQ və MDQ-ə düşən sualların müzakirəsi

İştirakçılar:
Müəllimlərin işə qəbulu imtahanında iştirak etmək istəyən tələbələr, eyni zamanda imtahandan kəsilən və ya müqavilə ilə işləyən müəllimlər, faktiki təhsil sahəsində çalışan müəllim və metodistlər, eyni zamanda müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edəcək müəllimlər.

Seminar zamanı iştirakçılar İKT və kurikulum üzrə təlimçimiz Əminə Bağırova ilə təmasda olacaq və ona mövzu üzrə maraqlandıqları sualları verə biləcəklər.

Seminara qeydiyyat üçün aşağıdakı linkdən istifadə edin:
https://goo.gl/HGFAvq

Təlimçi haqqında:
https://goo.gl/9bL5rO

Müəllimlərin işə qəbulu üçün hazırlıq haqqında:
https://goo.gl/XbYdT1

Seminarın tarixi: 22.01.2017
Seminarın saatı: 12:00
Seminarın müddəti: 2 saat

Qeydiyyat linki vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz. Alternativ olaraq əlaqə nömrələrimizə zəng edib məlumat ala bilərsiniz.

Ünvan: C/ Cabbarlı 44, Caspian Plaza 3-cü korpus, 7-ci mərtəbə

www.barattson.com
master@barattson.com
(+99412) 5054496/97
(+99470) 2054494/98