IELTS Trial Exam

Ümumi məlumat

IELTS Trial exam ayda 2 dəfə keçirilir, bir həftə aralıqla.

İmtahan saat 9:00 da başlayır və 12:30- da bitir. Qeydiyyat saat 8:30-da başlayır. Qeydiyyat vaxtı 9:00-da bitir, bu vaxtdan gec gəlsəniz təəssüfki imtahana buraxılmayacaqsınız.

İmtahanlarımız həmişə bazar günləri keçirilir. IELTS imtahanı 4 bölmədən ibarətdir: Listening, Reading, Writing və Speaking. Bazar günü imtahanın Listening, Reading, Writing bölməsi keçirilir. Speaking imtahandan 1 gün əvvəl keçirilir (istisna hallarda digər günlər).  Speaking-də examiner tərəfindən feedback verilir. 

Speaking imtahanının vaxtı SMS vasitəsi ilə əvvəlcədən göndərilir.

Cavablarınız  imtahan verdiyiniz vaxtdan, 3 gün keçdikdən sonra açıqlanır. İmtahandan sonra təyin olunmuş vaxtda IELTS Expert ilə seminar keçirilir (seminarın vaxtı imtahanda deyiləcək)  və siz yalnız  seminar ərzində öz sual kitabçalarınıza, düzgun cavablara və writing-də qoyulmuş feedback-ə baxa bilərsiniz.

Cavablarınız  sizə TEST REPORT FORM-unda təqdim olunur.

QEYDİYYATLA bağlı sual

Qeydiyyat 3 formada keçirilə bilər:

1) barattson.com saytına daxil olursuz.

2) Online Registration bölməsindən Exam Registrationa daxil olursunuz.

3) Özünüzə uyğun imtahan tarixini seçib qeydiyyatdan keçirsiniz.

4) Əgər qeydiyyatdan keçmək üçün vaxtınız yoxdursa, məlumatlarınızı (Ad, soyad,aktiv mobil nömrə,e-mail,module və şəxsiyyət vəsiqəsinin hər iki üzünün şəklini) bizim Whatsapp nömrəmizə (055-504-44-97) göndərə bilərsiniz və ya ofislərdən birinə yaxınlaşa bilərsiniz.

Ödənişlə bağlı

Nağd – 39 AZN; Online -49 AZN.

Ödənişin ve qeydiyyatın son tarixi imtahandan 2 gün öncə bitir,yəni 5-ci gün saat 17:00 kimi, lakin bəzən yerlər məhdud sayıda olduğu üçün, sistem daha tez bağlana bilər.

İmtahanın vaxtını dəyişmək istəyirsinizsə 2 gün öncədən mail vasitəsi ilə (ieltsmock@barattson.com) məlumat verilməlidir.

Ünvan: Elmlər m. yeni çıxışı; B.Vahabzadə küç 5., BDU-nun əsas girişi ilə üzbəüz. Barattson. 3cü mərtəbə

 

For IELTS Trial Exam Registration click on below button:

Click to access the Exams Registration