IDP IELTS Barattson, Eland Education-la birgə IELTS Masterclass tədbiri keçirilib | Barattson - Employability through education!

IDP IELTS Barattson, Eland Education-la birgə IELTS Masterclass tədbiri keçirilib

29.02.2020 tarixində IDP IELTS Barattson və tərəfdaşımız olan Eland Education təhsil mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 150 nəfərin iştirakı ilə Sumqayıt şəhərində IELTS üzrə Masterclass keçirilmişdir.

Masterclass zamanı iştirakçılar IELTS barədə detallı məlumatlar əldə etmiş və iştirakçıların sualları birbaşa IELTS ekspert tərəfindən cavablandırılmışdır.

Tədbir iştirakçıları təlim üçün zəruri materiallarla təmin olunmuş və bilavasitə IELTS imtahan mərkəzi əməkdaşlarına imtahan proseduraları barədə suallarını vermək imkanı tapmışdır.

Qeyd edək ki, IELTS imtahanına olan tələbatın artması səbəbi ilə bu kimi IELTS Masterclass-ların gələcəkdə müxtəlif regionlarda keçirilməsi planlaşdırılır.

 

 

Social messengers