Ülkər Qəhrəmanlı Qafqaz Universitetində İngilis Dili və Ədəbiyyatı ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2017-ci ildə məzun olduqdan sonra Xəzər Universitetində Dilçilik ixtisası üzrə magistr təhsili almağa başladı. Universitet illərində Ülkər Qəhrəmanlı bir neçə tədbirdə və elmi təşkilatlarda koordinator və könüllü olaraq iştirak etmişdir. Əvvəlcə 2017-ci ildə ibtidai məktəb və lisey uşaqları ilə müəllimlik təcrübəsinə başlamış, daha sonra ümumi İngilis dili müəllimi kimi işləməyə davam etmişdir. 2019-cu ildən bəri Xəzər Universitetində mühəndislik təməl tələbələri üçün ESL müəllimi olaraq çalışır. Hal-hazırda "Barattson" da İngilis dili təlimçisi olaraq fəaliyyətini davam etdirir..