Testimonials

«"Mən öz adımdan "Barattson" şirkətinə dərin hörmətlə minnətdarlığımı bildirmək istəyirəm. Buraya SAT dərslərinə görə müraciət etmişdim. Heç inana bilməzdim ki, 2 aya yüksək (1330 bal) nəticə göstərəm. Kamran müəllimin və Gülnar müəllimənin peşəkarlığı və əzmkar əməyi nəticəsində mən buna nail ola bildim. Barattson kursunun bütün işçilərinə öz təşəkkürümü bildirmək istəyirəm ki, nə yaxşı sizin kursu tapmışam! İşlərinizdə bol-bol uğurlar arzu edirəm!" »
Səbinə Mirzəyeva / Tələbə
«"Salam. Əvvəla sizə və kollektivinizə təşəkkürlərimi bildirirəm. Yığdığım balda və müvəffəqiyyətimdə əməyiniz böyükdür. Uğurlarınız daimi olsun və bundan sonra mənim sahəmdə imtahan verəcək olanlara könül rahatlığı ilə sizin kursu tövsiyə edə bilərəm. Var olun." »
Elçin Mahmudov / Tələbə
«"Mən, ACCA F3 (Financial Accounting) imtahanımı müvəffəqiyyətlə keçməyimə görə Barattson təlim mərkəzinə, o cümlədən də təlimçimiz - Fərhad Səlimiyə öz minnətdarlığımı bildirirəm. Dərslər kifayət qədər interaktiv və praktik məşğələlərlə dolu keçirdi. Bizim qrupun təlimi müddətində bizə hər cür dəstək olduğunuza görə sizə təşəkkürümü bildirirəm.  ACCA üzrə növbəti səviyyələrə keçilməsində də sizinlə əməkdaşlıq qurmağımı planlaşdırıram." »
Kamran Kərimov / Tələbə
«Barattson haqqında ilk dəfə sinif yoldaşım Nurhanın vasitəsi ilə xəbər almışdım, getdiyi ilk dəfədən sonra mənim də SAT reading & writing üçün kurs axtardığımı bilib mənə Barattsonu tövsiyyə etmişdir. Bundan sonra Barattsona gəlib, Fəridə müəllimə ilə detalları danışıb kursa başladım. Kursa başlayanda may ayı idi, imtahanı isə noyabr ayının ilk həftəsində verib bitirdim. Nəticəmdən, Fəridə müəllimənin öyrətdiklərindən və Barattsonun mənə qarşı göstərdiyi qayğıdan çox məmnun qaldım. Əlbəttə, SAT imtahanını verməyə hazırlaşmaq istəyən varsa Barattson kursunda bunu əla şəkildə edə bilərlər və yetərincə çalışarlarsa nəticələrindən məmnun qalacaqlarına əminəm. Bir daha Fəridə müəlliməyə və Barattsona təşəkkür edirəm.   »
Ərturan İbrahimli / Student
«First I heard about Barattson on the Facebook page, when I was searching for IELTS exam for getting my master degree. I decided to participate in the IELTS mock exam and I was not really satisfied with my results, so I decided to join three months preparation course and this course helped me to get a higher result, and I also improved my communication, listening and reading skills. So I am very thankful to Barattson for helping me to achieve my goal. »
Aytaj Ahmadova / Student

Pages