• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Haqqımızda
  • Əlaqə
Teacher

Kontent menecer

Barattson MMC - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir.

Barattson MMC “Kontent menecer” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:
• Veb saytların məzmununun (kontentinin) hazırlanması, yüklənməsi və vaxtı-vaxtında yenilənməsi;
• Satış yönümlü kontent strategiyasının hazırlanması;
• Sayt və sosial şəbəkələr üçün vaxtaşırı kreativ həllərin təqdim edilməsi və tətbiqi;
• Ssenarilərin hazırlanması;
• Mütəmadi olaraq sosial medianın izlənilməsi;
• Aylıq kontent planının hazırlanması, hazırlanmalı olan postlar üçün ideyaların verilməsi

Əsas tələblər:
• Mətn yazma qabiliyyəti
• Azərbaycan dilinin orfoqrafik qaydalarına mükəmməl bələd olmaq, ingilis dili (upper-intermediate), rus dili arzuolunandır;
• Sosial şəbəkələrdə olan trend və yeniliklər haqqında məlumatlı olmaq;
• Yüksək intizam və vaxtı düzgün idarəetmə bacarığı;
• Kommunikasiya bacarıqları;
• Təşəbbüskarlıq və yaradıcılıq, analitik təfəkkürə malik olma;
• Komandada işləmək bacarığı/

İş qrafiki: Beşgünlük iş qrafiki (saat 10:00-19:00)
Əmək haqqı: 600-700 AZN

Namizədlərdən CV formalarını "vacancy@barattson.com" email ünvanına, mövzu hissədə vəzifənin adı qeyd olunmaqla göndərməkləri xahiş olunur.

Müraciət üçün son tarix: 10 may 2024-cü il.