CIA - Certified Internal Auditor
Bu sertifikat daxili auditin əsasları, risklərin idarə edilməsi və daxili nəzarət kimi sahələrdə fərdin bilik peşəkar səviyyədə biliklərə sahib olduğunu təsdiq edir. Bu sertifikasiya proqramı vasitəsilə iştirakçılar hər hansı bir təşkilatda və ya iş mühitində dərhal tətbiq oluna biləcək təhsil təcrübəsi əldə edəcək, effektiv iş alətləri ilə tanış olacaqlar.
CIA olmaq sizə nə qazandıracaq?
● Peşəkar etibarlılığınızı artıracaq.
● Karyera yüksəlişiniz üçün yol açacaq.
● Sahənin ən yaxşı praktiki biliklərini əldə edəcəksiniz.
● Peşəkar şəbəkənizi genişləndirəcəksiniz.
Təlim 3,5 ay müddətində tədris olunur.
Təlimdə iştirak etmək üçün şərtlər:
1. Bakalavr Diplomu olmalıdır.
2. Diplom yoxdursa, iş yerindən audit sahəsində işlədiyinizə dair referans məktubu olmalıdır.
İmtahana qeydiyyat tarixindən sonra 3 il ərzində 3 hissənin üçünü də bitirməyiniz tələb olunur. Arzuolunan halda müddəti ödənişli şəkildə yalnız 1 il artırmaq olur. Mümkün maksimum müddət 4 ildir. 4 il ərzində bütün hissələri bitirmədiyiniz təqdirdə digər sertifikatlar da qüvvədən düşür və yenidən o sertifikatları almağınız lazım olur.
Təlimçi: Pünhan Gəraylı
Təlimdə həm əyani, həm online formada iştirak edə bilərsiniz.
Aşağıdakılardan hər hansı biri olduqda imtahana buraxılır
1. Bakalavr ya daha yuxarı təhsil dərəcəsi
2. Internal Audit Practitioner sertifikatı 3. 5 ildən çox rəsmi təsdiqlənmiş daxili audit təcrübəsi (referans məktubu aid deyil)