• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Korporativ
  • Haqqımızda
  • Programs
  • Əlaqə

International Foundation Program

Xarici universitetlərə birbaşa yolunuz!

Ümumi məlumat

"International Foundation Diploma for Higher Education Studies" proqramı, orta məktəbi bitirdikdən dərhal sonra xarici ölkələrin nüfuzlu universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr üçün hazırlanmış beynəlxalq səviyyəli bir təhsil körpüsüdür. Bu proqram beynəlxalq təhsil standartlarına uyğun olaraq 12-ci sinif səviyyəsini təmin edir və tələbələri universitet həyatına tam hazırlayır.

Qəbul Şərtləri

Proqrama qəbul olmaq üçün aşağıdakı şərtlərə cavab verməlisiniz:

1. Orta məktəbin 10 və ya 11-ci sinif şagirdi olmaq;
2. Attestatda riyaziyyat və ingilis dili də daxil olmaqla, ən azı 5 fənn üzrə qiymətin "5" ballıq sistemlə "4" olması;
3. “Barattson” tərəfindən təşkil olunan pulsuz “Education Standard English Placement” testindən minimum B1 səviyyəsi nümayiş etdirmək.

Proqramın Təfərrüatları

Yaş həddi: 16 – 19 yaş
Proqramın müddəti: 10 ay
Tədris dili: İngilis dili
Qiymətləndirmə: İl ərzində 4 imtahan dövrü
Student 1 Student 2