DipIFR təlimi
"DipIFR (Beynəlxalq Maliyyə Hesabatı üzrə Diplom) ACCA kvalifikasiyasıdır. ACCA 118 il müddəti ərzində fəaliyyət göstərən, 170 ölkədə tələbələri və üzvləri olan qlobal mühasibatlıq təşkilatıdır.
DipIFR BMHS haqqında biliklərinizi inkişaf etdirmək üçün hazırlanmışdır.
Təlimdən kim faydalana bilər?
● Baş Maliyyə Direktorları (CFO), maliyyə direktorları və strateji planlaşdırma işçiləri;
● Mühasiblər və analitiklər;
● Məsləhətçi mühasiblər (CA), xərc və idarəetmə mühasibləri (CMA);
● Maliyyə və mühasibatlıq üzrə mütəxəssislər;
● Maliyyə / mühasibat qrupunun bir hissəsi olan məzunlar. Təlimdə öyrənəcəkləriniz:
● Beynəlxalq Maliyyə Hesabatları üzrə Diplom (DiplFR) imtahanına hazırlıq təlimi sizin Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) ilə bağlı bilik səviyyənizi inkişaf etdirəcəksiniz;
● Çox qısa bir müddətdə Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) ilə tanış olmayan maliyyə mütəxəssisləri BMHS üzrə iş bacarıqlarının inkişafı ilə bağlı çətinlikləri həll edəcəksiniz;
● DiplFR kvalifikasiyasının əsaslandığı prinsiplər və anlayışlar, o cümlədən beynəlxalq bazarlarda tətbiqi tədris olunacaq.
Təlimçi: Elşən Rəhimov
Təlim zamanı terminləri saxlamaq şərtilə bütün izahlar Azərbaycan dilində verilir. Dərsliklər və digər materiallar isə ingilis və rus dilində təqdim olunur. DiplFR imtahanını 2 dildə vermək mümkündür (Rus və İngilis) Beynəlxalq rəsmi sertifikat ingilis dilində təqdim olunur. Rus dilində olan sertifikat isə tam olaraq beynəlxalq sertifikat hesab olunmur. Bu səbəbdən Beynəlxalq imtahanda iştirak etmək istəyən tələbələrdən minimum pre-intermediate, intermediate ingilis dili səviyyəsi tələb olunur. Tədris müddəti 132 saatlıq proqramı əhatə edir.