• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Korporativ
  • Haqqımızda
  • Programs
  • Əlaqə
Ümumi İngilis dili - Course Image

Ümumi İngilis dili

Ümumi İngilis dili proqramımız BBC və Pearson şirkətinin bərabər hazırladığı “Speakout” vəsaiti əsasında keçirilir.

 

Speakout: Adından da göründüyü kimi tam danışığa yönəlik tədris vəsaitidir. Səviyyədən asılı olaraq təlimin proqramı 10 və ya 12 bölmə (module) arasında dəyişir. Kitabda BBC tərəfindən hazırlanmış interaktiv formatda videoçarxlar, real xəbərlər və müsahibələr var. Hər bölmənin sonunda həmin bölmə üzrə 15 dəqiqəlik mövzu sınaq testi (Unit Quick Check Test) keçirilir. Bununla da hər bölmənin mənimsəmə səviyyəsi ölçülür.

Təlim müddətində proqramın birinci yarısını əhatə edən “Midterm” və “Final” imtahanları keçirilir. Həmçinin dərs müddətində tələbələrin davamiyyəti yoxlanılır. Qeyd edək ki, bu imtahanlar ödənişsiz şəkildə keçirilir.


Dərslər həftədə 2 dəfə, hər dərs 2 saat olmaqla təşkil olunur və tamamilə ingilis dilində aparılır. 1 səviyyənin tədris müddəti 3 aydır. Əlavə olaraq həftədə 2 dəfə 2 saat olmaqla "Conversation Club" təşkil edilir və təlim ödənişinə daxildir.

Course Duration Icon

3 ay

Student Count Icon

24 dərs

Certificate Icon

Sertifikat

Language Icon

İngilis dili