• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Haqqımızda
  • Əlaqə

PMS 1 KOS MHBS - Peşəkar Mühasib Sertifikatı


"PMS” təlimi kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuşdur.


Təlim, DİM tərəfindən keçiriləcək imtahanın birinci mərhələsinə hazırlıq olacaq. Tələbələr onlayn və ya əyani formada təlimdə iştirak edə bilərlər. 

Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər. Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları AR Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara əsasən müəyyən edilir.
Təlimdən kim faydalana bilər?
● Peşəkar mühasib olmaq istəyən hər kəs.
Təlimdə öyrənəcəkləriniz:
● Beynəlxalq mühasibat uçotunun əsas anlayışları;
● Maliyyə hesabatları haqqında ilkin məlumatlar;
● KOS üçün maliyyə hesabatlarının təşkili prinsipləri, qaydaları və konsepsiyaları;
● Konsolidə edilmiş maliyyə hesabatlarının təşkili və s. Peşəkar mühasib sertifikatı qrup təlimi 60 saat davam edir.

Təlim həm KOS, həm də MHBS üzrə imtahan vermək istəyən şəxslər üçün nəzərdə tutulub. Hər iki proqramı əhatə edir.
Təlimdən sonra istəyə uyğun olaraq KOS, yaxud MHBS imtahanında iştirak edə bilərsiniz.

Təlimçi: Elsevər İbadov

Təlim materialları, PMS kitabı, Elsevər İbadovun təşkil etdiyi sınaq imtahanları və təlim müddəti ərzində aktiv qalacaq olan video görüntülər də ödənişə daxildir.

6 ay

24 dərs

Sertifikat

Azərbaycan dili