• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Korporativ
  • Haqqımızda
  • Programs
  • Əlaqə

Şirkət Profili

 

Barattson MMC 

 

Barattson 2014-cü ildən peşəkar təhsil təminatçısı olaraq fəaliyyət göstərir. Biz peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə konsultasiya və təlim verərək qabiliyyətlərini artırmağa kömək edirik. Həmçinin, ingilis dilinin tədrisi və standartlaşdırılmış imtahanlara hazırlıq üzrə ixtisaslaşmışıq.

 

Bizim təlim xidmətlərimiz dörd sahəyə ayrılır:

 Maliyyə və Mühasibat Uçotu üzrə kvalifikasiya imtahanlarına hazırlıq;

·        Korporativ/Biznes təlimləri;

·        Kompüter bacarıqları üzrə təlimlər;

·        İngilis dilinin tədrisi və standartlaşdırılmış imtahanlara hazırlıq.

 

Maliyyə və Mühasibat Kvalifikasiyaları arasında tələbələri CIMA, CFA, DipIFR (Rus/Eng/Az) və digər beynəlxalq tanınmış kvalifikasiyalara hazırlayırıq. Korporativ/Biznes təlimləri sahəsində 120-dən çox müxtəlif təlim proqramı təklif edirik.

Dil təlimləri çərçivəsində ümumi və biznes ingilis dili öyrədilir, tələbələr IELTS, TOEFL, KET, PET, GMAT, GRE və SAT kimi standartlaşdırılmış imtahanlara hazırlanır. Həmçinin Barattson rəsmi IELTS İmtahan Mərkəzidir.

 

Barattson Study Abroad

Barattson tələbələrə xaricdə təhsil imkanları təqdim edərək, onların beynəlxalq mühitdə akademik və peşəkar inkişafını dəstəkləyir. Biz müştərilərimizə dünyanın müxtəlif universitetlərində təhsil proqramları seçməkdə və qəbul olmalarına kömək edirik.

 

 

Xaricdə təhsil xidmətlərimizə daxildir:

 Tələbənin göstəricilərinə uyğun olaraq, hansı universitetlərə və ixtisaslara müraciət edə biləcəyini "research report" şəklində təqdim edilməsi.

·        Tələbənin müraciətini gücləndirmək üçün müvafiq motivasiya və tövsiyə məktublarının hazırlanması.

·        Müraciət prosesi zamanı universitetlərlə yazışmaların və əlaqələrin idarə olunması.

·        Viza prosesində tam dəstək göstərilməsi.

Akkreditasiyalarımız

Barattson, AICPA (American Institute of Certified Public Accountants) və CIMA (Chartered Institute of Management Accountants) icmasının rəsmi təlim tərəfdaşıdır. Bu tərəfdaşlıq, beynəlxalq standartlarda təhsil sahəsindəki müvəffəqiyyətimizi və peşəkarlığımızı bir daha təsdiqləyir. AICPA və CIMA icması ilə tərəfdaş olaraq, Barattson sizə maliyyə və idarəetmə sahəsində dünya səviyyəsində tanınan və etibarlı təhsil proqramları təqdim edir.

Barattson ölkəmizdə iki ünvanda fəaliyyətinə davam etməklə yanaşı, həm də ölkə xaricində, Birləşmiş Ərəb Əmirliklərində də fəaliyyət göstərir.

 

 

 

 

 

 

 

 

 

Missiyamız

"Barattson" yarandığı gündən etibarən öz hədəf və məqsədlərini dəqiqləşdirmiş, bu günə qədər də bu yolda ən düzgün və uğurlu vasitələrlə irəliləmişdir. Şirkətimiz üçün təyin etdiyimiz missiya, vizyon və dəyərlər isə aşağıdakı formadadır.


Mission Icon

Missiyamız

Biz təhsil vasitəsilə insanların məşğulluq imkanlarını artırıraq onlara daha yaxşı gələcək üçün qapılar açırıq. Barattsonda bizim vəzifəmiz peşəkarlar və tələbələrin təhsildə və karyerada hədəflərinə çatmasına kömək etməkdir.

 

Vision Icon

Vizyonumuz

Bizim əsas məqsədimiz yaxın gələcəkdə Azərbaycanın ən yaxşı təlim mərkəzi olmaq və professional təhsil sahəsində dünyanın qabaqcıl qlobal oyunçusuna çevrilməkdir.

Values Icon

Qiymətləndirmə

Dürüstlük 
Peşəkarlıq
İmkanlar
Dəstək
Uğur

Təsisçi haqqında

About Us Main Image
About Us Gallery Image 1
About Us Gallery Image 2

Elşən Rəhimov

 

Barattson MMC-nin İdarə Heyətinin sədri Elşən Rəhimov  Bakalavr təhsilini Misirin Qahirə Universitetinmühasibat ixtisası üzrə almışdır. Magistratura təhsilini isə ADNSU və Amerikanın Corciya Universitetində almışdır.

Elşən bəy Beynəlxalq Maliyyə Hesabatı üzrə ACCA diplomunun və İdarəetmə Uçotu üzrə CIMA diplomunun sahibidir, həmçinin dünyada 100 milyon istifadəçisi olan Zoho Korporasiyasının mühasibatlıq proqramı sayılan “Zoho Books” üzrə sertifikatlaşmış təlimçidir.

Bununla yanaşı IASB, ACCA və digər təşkilatların etdiyi beynəlxalq konfransların daimi iştirakçısıdır.

Elşən Rəhimov Azərbaycan Respublikası Milli Mühasibat Uçotu Standartlarının həmmüəllifidir və son 10 ildə minlərlə mütəxəssisə dərs verdiyi üçün Azərbaycanda MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) üzrə aparıcı mütəxəssis olaraq da layiqincə tanınıb.

Elşən bəy eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Bakı Mühəndislər Universiteti kimi aparıcı universitetlərdə bakalavr və magistratura üzrə təhsil alan tələbələrə dərs demişdir.“Barattson”u təsis edərkən Elşən bəy, qısa müddətdə bölgədəki ən yaxşı peşə təhsili üzrə şirkət və uzunmüddətli perspektivdə dünya səviyyəli bir təhsil şirkəti olmağı qarşısına məqsəd qoymuşdur.

Elşən bəy şirkətə ad verərkən atasının adından istifadə etmiş və bununla da “Barattson”un təklif etdiyi istənilən proqramın tədris keyfiyyətinə şəxsi zəmanət vermişdir.

 

Filiallarımız

“Barattson” MMC ölkəmizdə 3 ünvanda fəaliyyətinə davam etməklə yanaşı, həm də ölkə xaricində, Birləşmiş Ərəb Əmirliklərində də fəaliyyət göstərir.

Bakı, Azərbaycan

Elmlər filialı:  Elmlər Akademiyası m/st, B.Vahabzadə küç. 5,
28 May filialı:
Dəmiryol Plaza, 8-ci mərtəbə
Nizami filialı:
Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza 1-ci korpus, 2-ci mərtəbə

 

Dubay, Birləşmiş Ərəb Əmirlikləri

Al Karama, IDS GROUP binası, 84.