• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Haqqımızda
  • Əlaqə

IELTS Rəsmi İmtahan Mərkəzi

"Barattson" AZ018 nömrəli rəsmi IELTS İmtahan Mərkəzidir


 IELTS bütün dünyada hökumətlər, akademik və məşğulluq institutları da daxil olmaqla 9000 təşkilat tərəfindən ingilis dili biliklərinin etibarlı göstəricisi kimi tanınır. IELTS ingilis dilinin əsas ünsiyyət dili olduğu qurumlarda təhsil almaq və ya işləmək istəyən namizədlərin dil qabiliyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuşdur.

"Barattson"da namizədlər IELTS imtahanı üçün Computer-based və ənənəvi Paper-based formatları arasında seçim etmək şansına malikdirlər. Hər iki imtahan formatında test məzmunu, sualların çətinlik səviyyəsi və balların hesablanmaq qaydası eyni olaraq qalır, bütün namizədlərin ədalətli və bərabər şəraitdə imtahan verməsi təmin edilir. Hansı imtahan növünü seçməsindən asılı olmayaraq, "Barattson" namizədlərə mümkün olan ən yaxşı nəticələri əldə etməyə kömək etmək üçün bütün zəruri imkanları və dəstəyi təmin edir.