• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Korporativ
  • Haqqımızda
  • Programs
  • Əlaqə

“28 May” filialımız xidmətinizdədir!

Müasir tədris metodları və peşəkar müəllim heyəti ilə seçilən “Barattson” MMC, “Employability through education” devizi ilə təhsilalanlara daha yaxın olmaq məqsədilə paytaxtın mərkəzində, “28 May” metrosunun yaxınlığındakı “Dəmiryol Plaza”da yeni filialını istifadəyə verib.

Bu filialın açılışı “Barattson” MMC-nin genişlənən tədris şəbəkəsi strategiyasında növbəti mühüm addımdır. Məqsəd gənclərə və peşəkar inkişafı hədəfləyən namizədlərə daha əlçatan, rahat və müasir tədris imkanları təqdim etməkdir.

Rahatlıq və müasir təhsil mühiti

“28 May” filialımız strateji bir ərazidə yerləşir. Filialda bütün dərs otaqları tam təchiz olunub və təlim üçün optimal şəraitlə təmin edilib. Burada dərslər beynəlxalq sertifikatlı müəllimlər tərəfindən aparılır. Tədris proqramları nəticəyönümlü yanaşma ilə qurulub və həm akademik, həm də praktik bacarıqların inkişafına xidmət edir.

Tədris proqramları

Yeni filialımızda müxtəlif sahələr üzrə təlimlər təşkil edilir:

  • General English – ingilis dilinin bütün səviyyələri üzrə Zəmanət əsaslı proqram;

  • IELTS təlimi –rəsmi IELTS imtahanına effektiv hazırlıq;

  • Maliyyə və mühasibatlıq təlimləri – PMS, MMS, FA, FR, DipIFR və s.;

  • Biznes təlimləri – AI+MS Office, Rəqəmsal marketinq, Human Resources Professional, İR Audit və Qanunvericilik və s.

Bundan əlavə, tələbələr ingiliscə ünsiyyət bacarıqlarını təkmilləşdirmək məqsədilə “Conversation Club” sessiyalarında da iştirak edə bilərlər.

Qısa müddət ərzində böyük maraq doğuran “28 May” filialı tələbələrin məmnuniyyəti və aktiv iştirakı ilə artıq öz uğurlu fəaliyyətini təsdiq edib.

Fəaliyyət sahəsindən asılı olmayaraq inkişaf etmək və keyfiyyətli təhsil almaq istəyən hər bir gəncə qapımız daim açıqdır.

Ünvan: “28 May” m/st., Dəmiryol Plaza, 8-ci mərtəbə

Digər filiallarımız:

  • Nizami filialı: Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza 1-ci korpus, 2-ci mərtəbə

  • Elmlər filialı: Elmlər Akademiyası m/st, Bəxtiyar Vahabzadə küçəsi 5