“Barattson” və “RSM Azerbaijan” Əməkdaşlıq Tədbiri
Yeni imkanların başlanğıcı
8 Fevral 2025-ci il tarixində “Barattson” və “RSM Azerbaijan” arasında strateji əməkdaşlığa həsr olunmuş möhtəşəm tədbir keçirildi. Bu tədbir, maliyyə sahəsində peşəkar karyera qurmaq istəyən gənclər üçün yeni imkanlar yaratmaq məqsədilə təşkil olunmuşdu. Tədbir ərzində iştirakçılar müəssisə rəhbərləri, maliyyə və audit sahəsində çalışan ekspertlərin dəyərli fikirlərini dinlədilər, faydalı biliklər əldə etdilər və gələcək əməkdaşlıq perspektivləri barədə məlumatlandırıldılar.
Tədbir, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Ardınca, “Barattson” MMC-nin İdarə Heyətinin sədri Elşən Rəhimov, Azərbaycan Respublikası Auditorlar Palatasının İcraçı Direktoru Səbuhi Gülməmmədov və “RSM Azerbaijan” şirkətinin Audit Departamentinin rəhbəri / Partnyor Elvin Hüseynzadə çıxış edərək tədbirin əhəmiyyətindən və əməkdaşlığın gələcək perspektivlərindən bəhs etdilər. Tədbirdə həmçinin Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin Təşkili və Təhlili Şöbəsinin Müdiri Nigar İsmayılova qonaq qismində iştirak edirdi.
Daha sonra spikerlər arasında maliyyə, audit və biznes konsaltinqi sahəsində tanınmış ekspertlər yer aldı. Onların çıxışları iştirakçılara dəyərli məsləhətlər və praktik biliklər qazandırdı. Spikerlər:
-Vüsalə Əliyeva – “RSM Azerbaijan” şirkətinin İR konsultasiya və təlim meneceri
-Nərmin Aşırova – “RSM Azerbaijan” şirkətinin Biznes Konsultantı
-Camal Alışov – AZAL-ın Büdcə və Proqnozlaşdırma şöbəsinin müdiri, "Barattson" MMC - də ACCA Financial Reporting (F7) üzrə təlimçi
-Elnur Əliyev – "STP Şirkətlər Qrupu"nun Analitika və Maliyyə Riskləri üzrə menecer, "Barattson" MMC -də ACCA DipIFR üzrə təlimçi
-Mehdi Cavadzadə – Financial Accounting üzrə təlimçi, CIMA Cert BA
-Pünhan Gəraylı – "SOCAR POLYMER"in Daxili Audit üzrə qrup rəhbəri, "Barattson" MMC-də CIA PART 1 üzrə təlimçi
Spikerlərin hər biri maliyyə və audit sahəsində karyera qurmaq istəyən iştirakçılara çox əhəmiyyətli və istiqamətverici məlumatlar təqdim etdilər.
“Barattson” və “RSM Azerbaijan” əməkdaşlığı: Gənclər üçün yeni karyera perspektivləri
Tədbirin əsas məqsədi “Barattson” və “RSM Azerbaijan” arasında yeni əməkdaşlıq modelinin elan edilməsi idi. Bu əməkdaşlıq çərçivəsində “Barattson”da maliyyə ixtisaslaşması təlimlərini (F3, F7, DipIFR, CIA və s.) uğurla tamamlayan tələbələr “RSM Azerbaijan”da təcrübə keçmək və gələcəkdə iş imkanı əldə etmək şansı qazanacaqlar. Beləliklə, iştirakçılar yalnız nəzəri biliklər deyil, həm də təlimi uğurla bitirdikdən sonra real iş mühitində təcrübə qazanaraq öz bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
Tədbirin ən vacib məqamlarından biri isə əməkdaşlıq memorandumunun imzalanması oldu. “Barattson” MMC-nin İdarə Heyətinin sədri Elşən Rəhimov və “RSM Azerbaijan” şirkətinin Audit Departamentinin rəhbəri / Partnyor Elvin Hüseynzadə səhnədə bu mühüm sənədi imzaladılar. Memorandum, iki müəssisə arasında davamlı əməkdaşlıq və maliyyə sahəsində karyera imkanlarını genişləndirmək üçün mühüm addım oldu.
İştirakçılar üçün maraqlı anlar və hədiyyələr
Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar sual-cavab sessiyasında ekspertlərlə birbaşa ünsiyyət quraraq onları maraqlandıran mövzularda suallar ünvanladılar. Tədbirin sonuna yaxın isə lotereya oyunu təşkil olundu. Burada iştirakçılar “Barattson” təlimlərinə endirim qazanmaq şansı əldə etdilər:
- 2 nəfər 30% endirim kuponu
- 2 nəfər 50% endirim kuponu
- 2 nəfər 100% endirim kuponu (tam təqaüdlü iştirak haqqı)
Bu lotereya, tədbirdə iştirak edən hər kəsə əlavə motivasiya və qaliblərə maliyyə təlimlərində endirimli iştirak haqqı qazandırdı.
Tədbirin sonunda qonaqlar şəbəkələşmə və çay mərasimində iştirak edərək yeni əlaqələr qurmaq və səmimi mühitdə fikir mübadiləsi aparmaq imkanı əldə etdilər.
Bu əməkdaşlıq “Barattson” və “RSM Azerbaijan” arasında gələcəkdə daha geniş layihələrin həyata keçirilməsi üçün bir başlanğıc nöqtəsi oldu. Biz inanırıq ki, bu tərəfdaşlıq maliyyə və audit sahəsində gənc mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayacaq.
Tədbirdə iştirak edən hər kəsə dərin minnətdarlığımızı bildirir və gələcək yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyi tövsiyə edirik!