“Barattson” Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün “Xaricdə Təhsil” infosessiyası və “morooq” platformasının təqdimatını həyata keçirdi.
İnfosessiya zamanı tələbələr xarici ölkələrinin ali məktəbləri və müxtəlif qəbul prosesləri barədə, həmçinin təqaüd proqramlarına qəbul almağın yolları barədə dolğun məlumatlar əldə ediblər. Əlavə olaraq, infosessiyanın sonunda tələbələr öz suallarını səsləndirərək onlara qaranlıq qalan məqamlara da aydınlıq gətirdilər.
Daha sonra isə "morooq" platformasının təqdimatı baş tutdu. Təqdimat sayəsində xüsusilə IELTS imtahanına hazırlaşan tələbələr önəmli məlumatlar əldə etmiş oldular. Tələbələr IELTS sınaq imtahanı platforması olan "morooq" vasitəsilə necə imtahan verə biləcəklərini, platformadan istifadə qaydalarını və onlarala lazım olacaq digər məsələləri öyrənmiş oldular.
“Barattson” bu tədbir vasitəsilə ölkənin gənclərinin onlar üçün yaradılan bu imkanlardan istifadə edə bilməsini və özlərini ən yaxşı səviyyədə inkişaf etdirə bilməsini hədəfləyir və bu yolda addımlar atmağa davam edir.