• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Korporativ
  • Haqqımızda
  • Programs
  • Əlaqə

“Barattson” İftar Tədbiri

Ramazan İslam dünyasında xüsusi önəm daşıyan, birlik, paylaşma və mənəvi dəyərlərin möhkəmləndiyi bir aydır. Bu müqəddəs ayda müsəlmanlar oruc tutur, xeyriyyə işləri görür və mənəvi cəhətdən inkişaf edirlər. “Barattson” olaraq biz də hər il Ramazan ayını xüsusi qeyd edərək əməkdaşlarımızla birlikdə bu mənəvi atmosferi paylaşırıq.

 

12 mart 2025-ci il tarixində “Xaçapuri Village”-də ənənəvi “İftar tədbiri” təşkil etdik. Tədbir “Barattson” MMC-nin İdarə Heyətinin sədri Elşən Rəhimov tərəfindən açıq elan olundu. Açılış nitqində Elşən Rəhimov, Ramazan ayının dəyəri və kollektiv ruhun əhəmiyyətindən danışaraq, bu kimi tədbirlərin əməkdaşlar arasında bağları gücləndirdiyini vurğuladı. Daha sonra əməkdaşlarımız və müəllim heyətimiz zəngin və ləzzətli iftar süfrəsi arxasında bir araya gələrək gözəl anları birlikdə yaşadılar. Tədbirin növbəti hissəsində iştirakçılar üçün maraqlı intellektual oyunlar və müsabiqələr təşkil olundu. Komanda ruhunu və bilik səviyyəsini artıran bu oyunlar böyük maraqla qarşılandı. Qalib iştirakçılar dəyərli hədiyyələrlə mükafatlandırıldı. Tədbirin son hissəsində isə iştirakçılar çay süfrəsi ətrafında səmimi söhbətlər edərək xoş anlar yaşadılar.

 

Biz “Barattson” olaraq əməkdaşlarımızın iş mühitində həm peşəkar, həm də sosial cəhətdən məmnun olmasına böyük önəm veririk. Bu kimi tədbirlər komanda ruhunu gücləndirmək, əməkdaşlarımızın motivasiyasını artırmaq və şirkət dəyərlərini paylaşmaq üçün vacibdir.

 

İftar tədbiri – 2025 əməkdaşlarımızın yaddaşında unudulmaz xatirələr yaratdı. Bu gözəl gündə bizimlə olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Biz inanırıq ki, gələcəkdə də bu kimi tədbirlər sayəsində birlik və həmrəylik ruhunu qoruyub saxlayacağıq.