• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Korporativ
  • Haqqımızda
  • Programs
  • Əlaqə

Barattson Təlim Mərkəzinin 10 İllik Yubileyi: Təhsildə Onillik Uğur Yolu

2024-cü il Barattson Təlim Mərkəzinin fəaliyyətində önəmli bir mərhələ kimi yadda qaldı. 2014-cü ildən etibarən Azərbaycanda təhsil sahəsində öncül yer tutan Barattson Təlim Mərkəzi, bu il 10 illik yubileyini qeyd etdi.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Tədbirdə Barattson Təlim Mərkəzinin 10 illik fəaliyyəti ərzində minlərlə gəncin karyera və təhsil hədəflərinə çatmasına dəstək olduğu vurğulandı. "Biz təhsil vasitəsilə insanların məşğulluq imkanlarını artırırıq" şüarı ilə fəaliyyət göstərən mərkəz, bu illər ərzində biznes və təhsil sahəsində beynəlxalq əməkdaşlıqlar quraraq ölkəmizdə peşəkar kadr hazırlığına önəmli töhfələr vermişdir.

Barattson məzunları hal-hazırda həm ölkədə, həm də dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərirlər.

Tədbirin bir hissəsində Barattsonun tarixi və uğurlarını əks etdirən qısa sənədli film nümayiş olundu. Film mərkəzin keçdiyi yola, əldə etdiyi nailiyyətlərə və inkişaf istiqamətlərinə işıq saldı.

Yubiley tədbirində müxtəlif şirkətlərdən və qurumlardan dəvət olunmuş qonaqlara xüsusi mükafatlar təqdim olundu. Bu qonaqlar arasında Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, VİGO LLC şirkətinin təsisçisi Khaled Albaroudi və digər nüfuzlu şəxslər də yer alırdı. Bu mərasim Barattsonun geniş və güclü tərəfdaş şəbəkəsini və bu əməkdaşlıqların uğurunu bir daha təsdiq etdi.

Tədbirin sonunda Barattson Təlim Mərkəzinin müxtəlif təlim proqramlarını uğurla tamamlayan məzunlara sertifikatlar təqdim olundu.

Bu yubiley tədbiri mərkəzin yalnız keçmiş uğurlarını deyil, həm də gələcək hədəflərini vurğulamaq üçün əlamətdar oldu.