"Barattson" və "Leoron Institute" strateji əməkdaşlığa başladı
"Barattson" təlim və konsaltinq şirkəti peşəkar inkişafı və beynəlxalq əməkdaşlıqları genişləndirmək məqsədilə Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunun aparıcı korporativ təlim və Təhsil Texnologiyaları (EdTech) şirkəti olan "LEORON Institute" ilə əməkdaşlığa start verib.
Bu strateji əməkdaşlıq çərçivəsində "Barattson" və "Leoron Institute" Azərbaycanda fəaliyyət göstərən mütəxəssislərə və iş axtaranlara yönəlmiş beynəlxalq sertifikatlaşdırma proqramları, ortaq təşəbbüslər və təlim imkanları təqdim edəcək. Əməkdaşlıq həmçinin ölkədə korporativ təlim mədəniyyətinin güclənməsinə və peşəkar bacarıqların inkişafına mühüm töhfə verməyi hədəfləyir.
Bu əməkdaşlıq çərçivəsində "Barattson" "Leoron"un ictimai (public) və şirkətdaxili (in-house) proqramlarını Azərbaycanda təqdim edəcək. Təlimlər yerli şirkətlərin və mütəxəssislərin ehtiyaclarına uyğun şəkildə fərdiləşdirilərək həyata keçiriləcək. Bu təşəbbüs "Barattson"un beynəlxalq təlim standartlarını ölkəyə gətirmək və yerli insan kapitalının inkişafına töhfə vermək istiqamətində atdığı növbəti əhəmiyyətli addımdır.
BARATTSON haqqında
"Barattson" Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən aparıcı peşəkar təlim və konsaltinq şirkətidir. Maliyyə, mühasibatlıq, biznes və xarici dillər sahəsində yüksək keyfiyyətli təlim proqramları və beynəlxalq sertifikatlaşdırma xidmətləri təqdim edir. "Barattson"un əsas missiyası tələbələri, məzunları və peşəkarları əmək bazarında uğur qazanmaq üçün zəruri bilik və bacarıqlarla təmin etməkdir. Ətraflı məlumat üçün www.barattson.com veb-saytını ziyarət edə bilərsiniz.
LEORON Institute haqqında
"Leoron Institute" EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika) fəaliyyət göstərən aparıcı korporativ təlim və EdTech (Təhsil Texnologiyaları) şirkətidir. "Leoron" ildə 1300-dən çox proqram həyata keçirir və 50,000-dən artıq şəxsə təlimlər təqdim edir. Şirkət həmçinin kompetensiya qiymətləndirmə, təlim ehtiyaclarının analizi və xüsusi sahələrə uyğunlaşdırılmış "e-learning" həlləri təklif edir. Ətraflı məlumat üçün Training courses with accredited certificates - Leoron Professional Development Institute veb-saytını ziyarət edə bilərsiniz.