• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Korporativ
  • Haqqımızda
  • Programs
  • Əlaqə

“Barattson” və “NCC Education” arasında strateji tərəfdaşlıq: Qlobal təhsil imkanlarına açılan yeni qapı

“Barattson”, beynəlxalq təhsil imkanlarını genişləndirmək və gənclərə qlobal səviyyədə tanınan təhsil proqramlarına çıxış imkanı yaratmaq məqsədilə “NCC Education” ilə strateji əməkdaşlığa başlayır. Bu tərəfdaşlıq vasitəsilə “Barattson”, Azərbaycanda gənclərə dünyanın aparıcı universitetlərində bakalavr təhsili almaq üçün tələb olunan bilik və bacarıqları qazandıracaq.

“NCC Education” haqqında

1966-cı ildə Böyük Britaniya hökuməti tərəfindən informasiya texnologiyaları təşəbbüsü kimi yaradılan NCC Education, bu gün Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu qiymətləndirmə (awarding) təşkilatı və beynəlxalq təhsil təminatçısıdır. Qurumun tənzimlənən tədris proqramları və qiymətləndirmə sistemi yüksək keyfiyyət standartlarına uyğun hazırlanır və tələbələrə qlobal mühitdə uğur qazanmaq üçün zəruri olan bilik və bacarıqları qazandırır.

Beynəlxalq proqramların genişləndirilməsi

“NCC Education” ilə yeni tərəfdaşlıq “Barattson”un beynəlxalq proqramlar portfelini daha da genişləndirərək, gənclərə qlobal səviyyədə tanınan, keyfiyyətli və etibarlı təhsil imkanları təqdim etməsinə şərait yaradacaq. Həmçinin bu əməkdaşlıq, “Barattson”un əsas bazarlarda fəaliyyətini gücləndirəcək və beynəlxalq təhsil sahəsində mövqeyini daha da möhkəmləndirəcək.

“International Foundation” proqramı artıq “Barattson”da

NCC Education Level 3 International Foundation Diploma for Higher Education Studies (L3IFDHES) – Böyük Britaniyanın Ofqual (The Office of Qualifications and Examinations Regulation) tərəfindən tənzimlənən beynəlxalq kvalifikasiyadır. Bu proqram, Böyük Britaniya akademikləri tərəfindən hazırlanmış universitetəqədər hazırlıq (pre-university) səviyyəli tədris proqramıdır və gənclərin bakalavr pilləsinə uğurla keçid etməsinə kömək etməyi hədəfləyir.

Universitetəqədər körpü (bridging) proqramı kimi L3IFDHES, 10 və 11-ci sinif şagirdlərinə Böyük Britaniya və digər ölkələrin universitetlərinə qəbul üçün zəruri bilik və bacarıqları qazandırır. Bununla yanaşı, bu proqram NCC Education Level 4 səviyyəli ixtisaslara keçid üçün də möhkəm baza yaradır. Bu proqram vasitəsilə “Barattson”, yerli gənclərə əlçatan və keyfiyyətli Britaniya təhsili təqdim etməklə onları qlobal dünyada uğur qazanmağa hazırlayır.