Sertifikasiya tədbiri
2 noyabr 2024-cü il tarixində "Barattson" Tədris Mərkəzi təlimləri uğurla başa vuran tələbələr üçün möhtəşəm bir sertifikasiya tədbiri təşkil etdi. Tədbiri açıq elan edən Elşən Rəhimov çıxışında təlimləri uğurla başa vuran gəncləri təbrik edərək, onların hər birinin iş həyatında böyük uğurlar qazanacağına inandığını vurğuladı. O, gənclərin peşəkar inkişafında bu cür təlimlərin əhəmiyyətini qeyd edərək, onların iş dünyasında daha geniş imkanlar əldə etmək şanlarının olduğunu qeyd etdi.
Elşən Rəhimov həmçinin peşəkar inkişafın heç vaxt dayanmayan bir proses olduğunu bildirərək, tələbələrə daim öz bilik və bacarıqlarını artırmalarını tövsiyə etdi. Sertifikatların yalnız akademik bilikləri deyil, eyni zamanda şəxsi inkişafı və peşəkar bacarıqları da əks etdirdiyini əlavə etdi.
Tədbirdə çıxış edənlər arasında "Barattson" Tədris Mərkəzinin təlimçiləri də yer almışdı. Onlar öz sahələrində əldə etdikləri uğurları və təlimlər zamanı qarşılaşdıqları maraqlı təcrübələrini iştirakçılarla bölüşdülər:
Kamil Qasımov – HR Audit və Əmək Hüququ təlimləri üzrə,
Mirteyub Teyublı – Dövlət Satınalmaları təlimləri üzrə,
Nicat Qarayev – MS Office Proqramları təlimləri üzrə,
Tədbirin ən maraqlı anlarından biri də iştirakçılar üçün təşkil edilən xüsusi yarış idi. Bu yarışda təsadüfi şəkildə seçilən 3 iştirakçıya 100, 200 və 300 AZN-lik vauçerlər təqdim olundu. İştirakçılar bu vauçerlər vasitəsilə müxtəlif təlimləri endirimlə əldə etmək şansı qazandılar.
Tədbirin sonunda tələbələr səhnəyə dəvət olunaraq, xüsusi qeydiyyat nömrələri ilə təsdiqlənmiş sertifikatlarla təltif olundular.
Qeyd edək ki, təqdim olunan Milli Sertifikatlar, "Barattson" şirkətinin rəhbəri Elşən Rəhimov tərəfindən imzalanıb və bu sertifikatlar tələbələrin əldə etdiyi bilik və bacarıqların rəsmi olaraq tanınmasını təsdiqləyir.
Bu sertifikatlar tələbələrin gələcək karyeralarında özlərinə bir addım daha yaxınlaşmalarına imkan yaradacaq və onların iş bazarında daha da önə çıxmalarını təmin edəcək.