İlin Yekun Tədbiri – 2024
31 Yanvar 2025 – Shah Palace Hotel, Bakı
Tədbirimiz, “Barattson” İdarə Heyətinin sədri və təsisçisi Elşən Rəhimovun açılış nitqi ilə rəsmi olaraq başladı. Açılış nitqində Elşən Rəhimov, “Barattson” MMC-nin qurulma tarixi, keçdiyi yollar, əldə edilən uğurlar və qarşıya qoyulan məqsədlərlə bağlı fikirlərini paylaşdı. Bundan sonra, İdarə Heyətinin digər üzvləri, şöbə və bölmə rəhbərləri çıxış edərək, 2024-cü ildə həyata keçirilən layihələr, əməkdaşlıqlar və komanda üzvlərinin performansını ətraflı təqdim etdilər.
Əsas nailiyyətlər və layihələr
- AICPA və CIMA ilə əməkdaşlıq:
Peşəkar maliyyə və idarəetmə sahəsində beynəlxalq standartlara uyğun təhsil imkanları təqdim etdik. - Youth to Business Forum:
AIESEC təşkilatının əsas sponsorlarından biri olaraq, gənclərin iş dünyası ilə tanışlığını və peşəkar inkişafını dəstəklədik. - Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq:
Bu əməkdaşlıq, xidmətlərimizin effektivliyini bir daha sübut etdi və təlim təminatı sahəsində gücümüzü nümayiş etdirdi.
Digər nailiyyətlər
- Korporativ təlim proqramları vasitəsilə “Norm”, “Sinteks” və s. kimi müəssisələrin əməkdaşlarına təlimlər verildi.
- Tələbələrimizin yüksək nəticələr əldə etməsi və xaricdə təhsil üçün müraciət edən şəxslərə maksimum dəstək göstərilməsi də 2024-cü ilin uğurları arasında yer aldı.
Tədbir zamanı bir çox əməkdaşımız və müəllim heyətimiz müxtəlif nominasiyalar və “Təşəkkürnamə” ilə təltif olundu. Həmçinin, son mərhələdə keçirilən lotoreya oyununda bir neçə əməkdaşa dəyərli hədiyyələr təqdim edildi. Tədbirin ən sevilən və səmimi anlarından biri isə təşkil edilən çay süfrəsi oldu. Bu an, iştirakçılar arasında isti söhbətlər və dostcasına əlaqələrin qurulmasına şərait yaratdı.
“İlin Yekun Tədbiri”, 2024-cü ildə “Barattson” ailəsinin zəhmətinin, nailiyyətlərinin və komanda ruhunun canlı təcəssümüdür. Bu tədbir, yalnız geridə qoyulan uğurları qeyd etmək deyil, eyni zamanda gələcək il üçün böyük ümid və motivasiya mənbəyi olmaq məqsədini daşıyır.
2025-ci ilin yeni imkanlarla dolu olmasını arzulayır və birlikdə daha böyük uğurlara imza atacağımıza inanırıq!
Sevgi və Hörmətlə,
“BARATTSON”