Məzunlarımız üçün Sertifikasiya Tədbiri
Tədbir tələbələrin təlim proqramlarını uğurla başa vurmasını qeyd etmək, onların nailiyyətlərini rəsmi şəkildə tanımaq və gələcək karyera inkişafına dəstək olmaq məqsədilə təşkil olunmuşdu. Tədbir çərçivəsində aşağıdakı təlimlərin iştirakçılarına qazandıqları Sertifikatlar təqdim olundu:
-
Milli Mühasib Sertifikatı (AR Auditorlar Palatası ilə birgə layihə)
-
F3 AZE (AR Auditorlar Palatası ilə birgə layihə)
-
ISO 9001:2015 Daxili Auditor
-
Dövlət Satınalmalarının təşkili
-
İR Audit və Qanunvericilik
-
HR Professional
-
AI+MS Office
-
Excel+Power BI
Tədbirə açılış nitqi ilə “Barattson” Biznes və Maliyyə Məktəbinin İdarə Heyətinin sədri Elşən Rəhimov başladı. O, məzunları təbrik edərək “Barattson”un peşəkar biliklərin tətbiqinə yönəlmiş tədris strategiyasından, təlimlərin real iş mühitinə uyğun praktiki məzmunundan və bu istiqamətdə əldə olunan uğurlardan danışdı.
Daha sonra Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək tələbələri təbrik etdi və təlimlərin peşəkar mühasibatlıq sahəsində mühüm əhəmiyyət daşıdığını vurğuladı. O, eyni zamanda, Milli Mühasib Sertifikatı proqramı çərçivəsində Auditorlar Palatası ilə qurulan əməkdaşlığın ölkədə maliyyə savadlılığının inkişafına töhfə verdiyini qeyd etdi. Bu proqramı uğurla başa vuran tələbələrə Palata sədrinin imzası ilə təsdiqlənmiş “Milli Sertifikatlar” təqdim olunur.
Tədbir çərçivəsində təlimləri professional şəkildə tədris edən, tələbələrin bilik və bacarıqlarının formalaşmasında böyük payı olan təlimçilər də çıxış etdilər:
-
Yusif Həsənzadə – “Milli Mühasib Sertifikatı” üzrə təlimin məzmunu və tətbiqi imkanları haqqında məlumat verərək tələbələri təbrik etdi.
-
Adil Kərimov - “F3 AZE” təliminin maliyyəçilər üçün vacibliyini vurğuladı.
-
Anar Əhmədov - “ISO 9001:2015” təliminin bir çox sahənin mütəxəssisləri üçün əhəmiyyətindən bəhs etdi.
-
Murad Bəxtiyarov - “QCS” MMC ilə olan əməkdaşlıqdan, “ISO 9001:2015” təliminin faydalarından və üstünlüklərindən ətraflı söz açdı.
-
Mirteyub Təyublı – “Dövlət Satınalmalarının təşkili” təliminin əhəmiyyətindən danışdı və proqramı bitirən iştirakçılara uğurlar arzuladı.
-
Kamil Qasımov – “İR Audit və Qanunvericilik” təliminin tələbələr arasında böyük maraqla qarşılandığını qeyd etdi.
Hər çıxışdan sonra uyğun təlim proqramının məzunlarına sertifikatlar təlimçilərin və Elşən Rəhimovun iştirakı ilə təqdim olundu.
Tədbirin sonunda Elşən Rəhimov bağlanış nitqi ilə çıxış edərək məzunları bir daha təbrik etdi, onlara gələcək karyeralarında uğurlar arzuladı və “Barattson”un daim inkişaf və mükəmməlliyə yönəlmiş fəaliyyətini vurğuladı.
Rəsmi hissədən sonra iştirakçılar üçün “Coffee break” təşkil olundu. Bu hissə məzunların unudulmaz xatirələr paylaşdığı, müəllim və tələbələr arasında səmimi mühitin yarandığı anlarla yadda qaldı.
“Barattson” Biznes və Maliyyə Məktəbi olaraq bütün məzunlarımızı səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar və yeni nailiyyətlər arzulayırıq.