• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Haqqımızda
  • Əlaqə

Sertifikasiya tədbiri

“Barattson” təlimləri uğurla bitirən tələbələr üçün sertifikasiya tədbiri həyata keçirdi.

5 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov və “Barattson” şirkətinin rəhbəri Elşən Rəhimovun iştirakı ilə təlimi uğurlu bitirən tələbələrin sertifikatlarla təltif olunması mərasimi keçirildi. Həmçinin tədbirdə “Barattson” şirkətinin Maliyyə və Mühasibat kafedrasının rəhbəri Elsevər İbadov və Hazır Mühasib Platformasının yaradıcısı Orxan Məmmədzadə də çıxış etdi.

Tədbiri açıq elan edən Elşən Rəhimov sertifikasiya imtahanlarına hazırlıq təlimlərində yüksək təhsil standartlarının tətbiq olunduğunu qeyd edərək peşəkar ixtisaslı maliyyəçilərin hazırlanmasında bu standartların əhəmiyyətini vurğuladı. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov “Barattson” və Auditorlar Palatasının təhsil sahəsindəki birgə fəaliyyətinin uğurunu vurğulayaraq bu əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirdi. Daha sonra isətələbələr səhnəyə dəvət edilərək sertifikatla təltif edildilər.

Qeyd edək ki, sertifikasiya imtahanlarında uğur qazanmış tələbələrə təqdim olunan Milli Sertifikatlar AR Auditorlar Palatasının sədri Vahid Novruzov və “Barattson” şirkətinin rəhbəri Elşən Rəhimovun şəxsi imzaları, hər iki təşkilatın loqosu və xüsusi qeydiyyat nömrəsi ilə təsdiqlənir.

“Barattson” və Azərbaycan Respublikası Auditorlar Palatası arasında 23 oktyabr 2015-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən “Barattson” tərəfindən azərbaycan və rus dillərində tədris edilən “Maliyyə Uçotu“, “Milli Mühasib Sertifikatı”, “İdarəetmə Uçotu“, “Vergi Uçotu“, “Audit“, habelə “Beynəlxalq Maliyyə Hesabatı Standartları“ təlimlərində təhsil alan şəxslər üçün keçirilən sertifikasiya imtahanları məhz Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvü olan Azərbaycan Respublikasının Auditorlar Palatası ilə birgə təşkil edilir və imtahanlarda uğur qazanan namizədlər Azərbaycan Respublikası Auditorlar Palatası adından Beynəlxalq Sertifikat və Diplomlarla təltif edilirlər.