Yeni “Caspian Plaza” filialımız istifadəyə verildi
Müasir təlim metodları və keyfiyyətli təhsil mühiti ilə seçilən “Barattson” MMC, “Employability through education” devizi ilə gənclərə və təhsilalanlara daha yaxın olmaq məqsədilə “Caspian Plaza” biznes mərkəzində yeni filialını istifadəyə verib.
Yeni filialın açılışı “Barattson” MMC-nin genişlənən tədris şəbəkəsinin növbəti mühüm addımıdır. Məqsəd paytaxtın müxtəlif ərazilərində yerləşən tələbələrə daha əlçatan, rahat və müasir tədris mühiti təqdim etməkdir.
Rahatlıq, keyfiyyət və müasir tədris şəraiti
“Caspian Plaza” filialımız tam təchiz olunmuş dərs otaqları, müasir tədris avadanlıqları və təlim üçün optimal şəraitlə təmin edilib. Filialda dərslər peşəkar və beynəlxalq sertifikatlı müəllim heyəti tərəfindən həyata keçirilir. Tədris proqramları danışıq əsaslı, zəmanətli və nəticəyönümlü yanaşma ilə qurulub.
“General English” təlimləri
Filialımızda hal-hazırda “General English” proqramı üzrə təlimlər davam edir. Bütün səviyyələri əhatə edən bu proqram gənclərin gündəlik və peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlib. Paralel olaraq “Conversation Club” sessiyaları da mütəmadi təşkil olunur.
Filialın istifadəyə verilməsindən qısa müddət keçməsinə baxmayaraq, təlimlərə böyük maraq müşahidə olunur. Tələbələrin razılığı və yüksək iştirak aktivliyi, filialın qısa zamanda öz yerini tapdığını göstərir.
Əgər siz də ingilis dili bacarıqlarınızı inkişaf etdirmək, daha effektiv ünsiyyət qurmaq və keyfiyyətli təhsil almaq istəyirsinizsə, “Barattson” Caspian Plaza filialında keçirilən “General English” təlimlərinə qoşula bilərsiniz.
Ünvan: Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza 1-ci korpus, 2-ci mərtəbə
Digər filiallarımız:
”Barattson” Elmlər filialı: Elmlər Akademiyası m/st, Bəxtiyar Vahabzadə küçəsi 5
”Barattson” Nərimanov filialı: Təbriz küçəsi 159