• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Haqqımızda
  • Əlaqə

Yeni filial

 

“Barattson” şirkətinin yeni filialı açılıb.

Artıq 9 ildən çoxdur ki, təhsil vasitəsilə insanların məşğulluq imkanlarını artıran və daha yaxşı gələcək üçün peşəkar kadrlar yetişdirən “Barattson” şirkətinin yeni Nərimanov filialının açılış tədbiri keçirilib.

Tədbirdə “Barattson” şirkətinin rəhbəri Elşən Rəhimov çıxış edərək şirkətin bu günə qədərki fəaliyyətini dəyərləndirib və şirkətin gələcək illərdə də cəmiyyətə fayda verməyə necə davam edəcəklərindən bəhs edib.

Nərimanov metrosu yaxınlığında, Təbriz küçəsi 159 ünvanında yerləşən yeni filial sayəsində “Barattson” həm daha çox tələbəyə xidmət göstərəcək, həm də tələbələrə məkan olaraq da daha çox seçim təklif etmiş olacaq.

Qeyd edək ki, 2014-cü ildən peşəkar təhsil provayderi kimi fəaliyyət göstərən ”Barattson” beynəlxalq mühasibat və maliyyə ixtisas imtahanlarına mütəxəssislər hazırlayır, böyük və orta müəssisələrin rəhbərlik və işçilərinin imkan və səlahiyyətlərini artırmağa kömək edir. “Barattson” eyni zamanda ingilis dilinin tədrisi və hazırlığı sahəsində də ixtisaslaşmış peşəkar təhsil mərkəzidir.