Elsevər İbadov
Dosent, İqtisad üzrə fəlsəfə doktoru
Elsevər İbadov maliyyə və mühasibatlıq sahəsində 15 ildən artıq təcrübəyə malik olan tanınmış təlimçidir. O, UNEC-də "Biznesin təşkili və idarə edilməsi" ixtisası üzrə bakalavr, Türkiyənin Dumlupınar Universitetində "Maliyyə və mühasibat uçotu" üzrə magistr, Atatürk Universitetində isə doktorantura təhsili almışdır. Peşəkar fəaliyyətində 5 müxtəlif universitetdə müəllim kimi çalışaraq yüzlərlə tələbəyə bilik vermiş, elmi və praktiki təcrübəsini təlimlər vasitəsilə paylaşmışdır. O, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə fundamental vəsaitlərdən biri olan kitabın həmmüəllifidir. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin (DİM) eksperti kimi fəaliyyət göstərir, həmçinin çoxsaylı beynəlxalq elmi konfranslarda və akademik jurnallarda məqalələri dərc olunub.
"Barattson"da tədris etdiyi proqramlar:
PMS I mərhələ - KOS üzrə MHBS
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS)