• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Korporativ
  • Haqqımızda
  • Programs
  • Əlaqə

Emil Rəhimov

Ümumi ingilis dili müəllimi


Emil Rəhimov İngilis dilinin tədrisi sahəsində təcrübəli müəllimdir. O, bakalavr təhsilini Polşanın Varşava Universitetində alıb və ingilis dili üzrə C1 səviyyəsini təsdiq edən dil sertifikatına sahibdir.

Emil müəllimin peşəkar fəaliyyətində həm Azərbaycanda, həm də xaricdə əldə etdiyi müxtəlif təcrübələr xüsusi yer tutur. O, 2018-ci ildən etibarən ingilis dili müəllimi kimi fəaliyyət göstərir.

Müəllimlik fəaliyyəti ilə yanaşı, Emil müəllim müxtəlif beynəlxalq mühitlərdə çalışaraq interkultural ünsiyyət, kommunikasiya və dil bacarıqları üzrə də təcrübə qazanıb. Polşada və Xorvatiyada könüllü olaraq interkultural seminarların fasilitatoru kimi fəaliyyət göstərib. Həmçinin onlayn formatda Ümumi ingilis dili müəllimi kimi çalışıb və 2022–2024-cü illərdə frilans redaktor və tərcüməçi kimi fəaliyyət göstərib.

Emil müəllim dərslərində tələbələrin gündəlik və peşəkar ünsiyyətdə ingilis dilindən daha rahat və effektiv istifadə etməsinə, söz ehtiyatını genişləndirməsinə və kommunikasiya bacarıqlarını inkişaf etdirməsinə fokuslanır.

Sertifikat: Certificate of Language Proficiency - English Level C1 - Varşava Universiteti

“Barattson”da tədris etdiyi proqram:
General English