Elshan Rahimov
Barattson MMC-nin Idarə Heyətinin sədri Elşən Rəhimov – Bakalavr dərəcəsində Qahirə Universitetinin (Misir) mühasibat ixtisasında təhsil almış, magistr dərəcəsində isə Dövlət Neft Akademiyasının Gürcüstan Dövlət Universitetinin Biznes İdarəetmə ixtisasında təhsilini davam etdirmişdir. "Barattson Biznes və Maliyyə Məktəbi" qurulmazdan əvvəl, 2004-cü ildə Elşən bəy BINCO (Bakı İnvestisiya Şirkəti) ilə ortaq olaraq GRBS (əvvəlcə G&R Business Services adlanırdı) şirkətini qurmuş və orada 2013-cü ilə qədər İdarəedici Tərəfdaş olaraq fəaliyyət göstərmişdir. Elşən Rəhimov şəxsən bu adı GRBS-ə "G" birinci, "R" ikincisini Elşən Rəhimovun keçmiş işəgötürən və müəllimi olan əvvəlki iş yoldaşı cənab Quliyevə yüksək hörmət əlaməti olaraq vermişdir. Qeyd etmək lazımdır ki, GRBS-in uğuru əsasən Elşən bəyin şəxsiyyətlərarası, işgüzar və maliyyə menecmenti, həmçinin Maliyyə Uçotu, İdarəetmə Uçotu, Maliyyə Menecmenti, Performansın idarə edilməsi bacarıqları hesabına olmuşdur. Elşən Rəhimov eyni zamanda BMHS-in Azərbaycanda tətbiq edilməsində də çox böyük rol oynamışdır. O BMHS tətbiq olunma layihəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aparıcı yerli məsləhətçisi olmuşdur. O həmdə Azərbaycan Respublikası Milli Mühasibat Uçotu Standartlarının həmmüəllifidir. Elşən Rəhimov, son 10 ildə minlərlə mütəxəssisə dərs verdiyi üçün Azərbaycanda MHBS üzrə aparıcı mütəxəssis olaraq da layiqincə tanınıb. O, həmçinin IASB, ACCA və digər dünyanın aparıcı peşə təşkilatlarının təşkil etdiyi beynəlxalq konfransların daimi ziyarətçisidir. Elşən bəy eyni zamanda Dövlət Neft Akademiyası, Odlar Yurdu Universiteti, ADA Universiteti və Qafqaz Universiteti kimi Azərbaycanın aparıcı universitetlərində köməkçi professordur. Beynəlxalq Maliyyə Hesabatı üzrə ACCA Diplomunun və İdarəetmə Uçotu üzrə CIMA Diplomunun sahibidir. O, həmçinin İslam Maliyyəsi Etika İnstitutu tərəfindən təsdiqlənmiş İslam Maliyyə İcraçısıdır. Barattsonda Elşən Rəhimov ACCA, CIMA, DipIFR, CMGA və İslam maliyyəsi ixtisasları üzrə dərslərdə deyir. "Barattson Biznes və Maliyyə Məktəbi" ni quran Elşən bəy, qısa müddətdə bölgədəki ən yaxşı peşə təhsili üzrə şirkət və uzunmüddətli perspektivdə dünya səviyyəli bir təhsil şirkəti olmağı qarşısına məqsəd qoymuşdur. Peşəkar və istedadlı insanlar olmadan iş təhsilinin uğur qazana bilməyəcəyini yaxşı dərk edən Elşən Rəhimovun məqsədi ən parlaq ağılları bir araya gətirmək və təcrübəli müəllim və peşəkar heyətdən ibarət güclü bir heyət yaratmaq idi. Elşən bəy şirkət adını verərkən atasının adından istifadə etmiş və bununla da Barattsonun təklif etdiyi istənilən proqramın tədris keyfiyyətinə şəxsi zəmanət vermişdir.