• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Korporativ
  • Haqqımızda
  • Programs
  • Əlaqə
Telesatış üzrə operator

Telesatış üzrə operator

 

Əsas vəzifə öhdəlikləri:

-         Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial müraciətçilərlə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;

-         Müraciət edən şəxslərə  tədris olunan təlimlər  haqqında ətraflı və dəqiq məlumat verərək satışını təşkil etmək;

-          Müraciət edən şəxslərin məlumatlarını CRM bazasına daxil etmək;

-          Müraciətçilərin müştəriyə çevrilməsi üçün mütəmadi iş aparmaq;

-          Şöbə rəhbərinin tapşırıqlarını yerinə yetirmək.

 

Əsas tələblər:

-          Ali təhsil (Maliyyə, iqtisadiyyat arzuolunandır);

-          Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;

-          Satış üzrə təcrübə arzuolunandır;

 

Şəxsi keyfiyyətlər:

-          Xoş ünsiyyətcil, gülərüz;

-          Dinləmək qabiliyyəti;

-          Səlis nitq qabiliyyəti;

-          İnsanları inandırma bacarığı;

-          Çevik işləmək bacarığı;

-          Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.

 

Qrafik: Altıgünlük iş həftəsi, (həftə içi saat 10:00-18:00, şənbə qısa iş günü(10:00-16:00))

Əmək haqqı: 400-450 AZN+ bonus (əmək haqqı artımı pilləli şəkildədir)

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Telesatış üzrə operator” qeyd olunmaqla  göndərməkləri xahiş olunur.

Apply for this Vacancy