Camal Alışov
Baş Maliyyə Direktoru
Camal Alışov maliyyə və mühasibatlıq sahəsində geniş təcrübəyə malik peşəkar rəhbərdir. O, "Qafqaz" Universitetində "İqtisadiyyat" üzrə bakalavr, ADA Universitetində isə "Biznesin Təşkili və İdarəedilməsi" üzrə MBA dərəcələrini almışdır. O, həmçinin ACCA AB-FM, SBR (Strategic Business Reporting) və SBL (Strategic Business Leader) imtahanlarını uğurla keçməklə yanaşı CFA sertifikatına da sahibdir və maliyyə hesabatlarının hazırlanması, analiz və idarəetmə sahəsində dərin biliklərə malikdir.
2020-2024-cü illər ərzində Camal Alışov bir neçə sahibkarlıq layihəsini həyata keçirmiş, müxtəlif şirkətlər və fərdi treyderlər üçün maliyyə məsləhət xidmətləri göstərmişdir. Bu dövr onun idarəetmə, danışıqlar və strateji planlaşdırma bacarıqlarını daha da inkişaf etdirmişdir. Hal-hazırda Camal Alışov ENOR 30+ Şirkətlər Qrupunda Baş Maliyyə Direktoru olaraq fəaliyyət göstərir və şirkətin maliyyə strategiyalarının qurulmasında, layihələrin idarə olunmasında və maliyyə qərarlarının optimallaşdırılmasında öncül rol oynayır.
"Barattson"da keçdiyi təlimlər:
FA (Financial Accounting)
FR (Financial Reporting)
CFA (Chartered Financial Analyst)