• Kateqoriyalar
  • Kurslar
  • Müəllimlər
  • İmtahanlar
  • Korporativ
  • Haqqımızda
  • Programs
  • Əlaqə

Orxan İsayev

CHRM™️ və CIPD titullu, İnsan Resursları üzrə peşəkar təlimçi

 

Orxan İsayev insan resursları və təşkilati inkişaf sahəsində 14 ildən artıq təcrübəyə malik peşəkar təlimçidir. O, həm Azərbaycanda, həm də xaricdə İnsan Resursları üzrə müxtəlif layihələrdə məsləhətçi və layihə rəhbəri kimi çalışmış, 10 ildən çox təlimçi təcrübəsi ilə yüzlərlə mütəxəssisin inkişafına töhfə vermişdir.

Karyerası ərzində Cənubi Qafqazda həyata keçirilmiş ən böyük İR layihəsi - "SOCAR İR infrastrukturunun qurulması" layihəsində “Ən yaxşı qrup rəhbəri və məsləhətçi” adına layiq görülmüşdür. Eyni zamanda “Yüksəliş” müsabiqəsinin eksperti, ölkədə insan resursları üzrə ilk fəaliyyət göstərən platforma - Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) platformasının təsisçisi və rəhbəridir.

Orxan İsayev beynəlxalq CIPD sertifikatının sahibidir. Ali təhsilini Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) Biznesin idarə edilməsi (BBA) ixtisası üzrə, magistr təhsilini isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin idarə edilməsi (MBA) ixtisası üzrə almışdır. Hazırda "Business Partner" MMC menecment və insan resursları üzrə konsultasiya şirkətinin rəhbəri kimi fəaliyyət göstərir.

"Barattson"da tədris etdiyi proqram:
Human Resources Professional